DÜNYA


Aşqabadda dəyəri 2 milyard dollardan çox olan aeroport istifadəyə verilib

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda layihə dəyəri 2 milyard dollardan çox olan beynəlxalq aeroport istifadəyə verilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aeroportun açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib.

Üç terminaldan ibarət aeroport saatda 2 min sərnişinə xidmət edəcək. Bütün növdə və hər cür yük tutumu olan təyyarələri qəbul edə biləcək iki qalxma-enmə zolağının uzunluğu 3800 metrdir. Aeroport kompleksinin ümumi sahəsi isə 1200 hektardır.

Açılış mərasimində yeni aeroporta dünyada ən böyük xalça ornamentinin memari təsvirinə görə “Ginnesin rekordlar kitabı”nın sertifikatı təqdim edilib. Əsas sərnişin terminalının damında yerləşən ornamentin sahəsi 705 kvadratmetrdir.

Türkmənistanın paytaxtındakı yeni hava limanını bundan əvvəl Olimpiya şəhərciyini, Bitərəflik Tağını, Aşqabad televiziya qülləsini və Türkmənbaşı şəhərindəki beynəlxalq aeroportu inşa edən Türkiyənin “Polimeks” kompaniyası tikib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.