İDMAN


Aşqabadda keçiriləcək Qapalı və Döyüş Sənəti Oyunlarının Bakıda təqdimatı olub

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Bakıda bu il Aşqabadda təşkil olunacaq Qapalı və Döyüş Sənəti Oyunlarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra ölkələrin səfirləri və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda olan Olimpiya komitələrinin rəsmiləri iştirak ediblər.

Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov Asiya İdman Oyunlarının ölkə Prezidenti Qurbanqulu Berdıməhəmmədovun diqqət mərkəzində olduğunu deyib. Diplomat bildirib ki, yarışlarda Asiya ölkələri ilə yanaşı, Okeaniya, Avstraliya və Polineziyadan idmançılar iştirak edəcəklər. O deyib ki, Orta Asiyada ilk dəfə bu kimi beynəlxalq idman yarışı Türkmənistanda baş tutacaq. Belə bir idman tədbirinin keçirilməsi üçün Aşqabad şəhərinin seçilməsi Prezident Qurbanqulu Berdıməhəmmədovun səyləri nəticəsində mümkün olub. O, Türkmənistanda idmanın populyarlaşdırılmasının dövlətin prioritetlərdən biri olduğunu söyləyib. Vurğulayıb ki, fiziki mədəniyyət və fəal həyat tərzi daha çox gəncləri bu hərəkata cəlb edəcək. Ölkədə fiziki mədəniyyət, idman, könüllü hərəkat haqqında bir sıra qanunlar qəbul edilib.

Sonra Türkmənistanın iqtisadi inkişafını əks etdirən videosüjet nümayiş olunub.

Türkmənistanın idman üzrə Dövlət Komitəsinin nümayəndəsi Yalkapberdı Aşırmuradov bildirib ki, son 4-5 il ərzində Türkmənistanda 115 idman məktəbi və 44 idman obyekti tikilib. Onun sözlərinə görə, Aşqabadda keçiriləcək Qapalı və Döyüş Sənəti Oyunları gələcəkdə digər beynəlxalq idman yarışlarının baş tutması üçün bir təkan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.