ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda qrant layihəsi üzrə tədqiqatlar aparılıb

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası (AKİ) İnstitutunun Rusiya Elmlər Akademiyasının (REA) Kimyəvi Fizika İnstitutu, Ukrayna Elmi-Texnoloji Mərkəzi, Belarus Milli Elmlər Akademiyasının Yeni Materiallar Kimyası İnstitutu, Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu, Almaniyanın Giessen Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, İstanbul Texnik Universiteti, Atatürk Universiteti, Hacettepe Universiteti, Almaniyanın “Schulke&Mayr GmbH, Special Additives International” şirkəti ilə geniş elmi əlaqələri var.

AKİ-dən AZƏRTAC-a bildiriblər ki, 2014–2016-cı illərdə bu elm müəssisəsində Ukrayna Elmi-Texnoloji Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə Məqsədli Təşəbbüslər Proqramı çərçivəsində “Bakı Buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi” mövzusunda qrant layihəsi üzrə tədqiqatlar aparılıb.

Hazırda AKİ Rusiyanın Ufa Dövlət Neft Texniki Universiteti ilə biosidlər, REA-nın Kimyəvi Fizika İnstitutu ilə antioksidantlar sahəsində birgə elmi tədqiqatlar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.