ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunun gənc alimləri uğurlu tədqiqatlar aparırlar

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun (AKİ) gənc alimləri Türkiyənin Atatürk Universiteti və İtaliyanın Firenze di Studi Degli Universitetinin əczaçılıq bölməsinin alimləri ilə birgə tədqiqatlar aparırlar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatın sintez bölümü Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində AKİ-də yerinə yetirilir. Belə ki, son bir ildə tsiklik tiokarbamid, pirimidintion, sulfamid və karboksilat əsaslı 50 yeni maddə sintez olunub, dörd mərhələdə Atatürk Universitetinə göndərilib.

Tədqiqatlara AKİ-nin gənc alimlərinin Atatürk Universitetində qısamüddətli təcrübəsi zamanı əldə olunan razılıq əsasında başlanılıb. İlkin nəticələr üç məqalədə Böyük Britaniyanın yüksək impakt faktorlu “Journal Biological and Medical Chemistry” və “Journal of Enzyme Inhibition and Medicinal Chemistry” jurnallarında dərc edilib, iki məqalə hazırda nəşrdədir. Bir monoqrafiya isə Almaniyada çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.