REGİONLAR


Əsrarəngiz gözəlliyə malik qədim və müasir Qəbələni heyranlıqla seyr etdim

A+ A

Qəbələ, 14 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələnin bu qədər gözəl olduğuna inanmırdım. Qəbələ barədə çox eşitmişdim və buradakı “Tufandağ” Qış-Yay İstirahət Kompleksi, “Beltmann” piano fabriki və qədim Qəbələ şəhərinin ərazisi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi ən çox görmək istədiyim yerlər idi. Nəhayət ki, bu gün arzuma çatdım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonu Cəmil Əhmədov adına tam orta məktəbin X sinif şagirdi Ləman Babayeva deyib. “Qəbələ mənə xoş təəssürat bağışladı. Burada IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak etdim. Qayıdanda sinif yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacağam, onlara çəkdirdiyim xatirə şəkillərini göstərəcəyəm. Qəbələnin tam başqa cür əsrarəngiz gözəlliyi var. Qəbələ həm qədim, həm də müasir şəhərdir. İstərdim ki, ailəmizlə birgə yenə bura gəlim. Biz sabah Qəbələdən Şəkiyə yola düşəcəyik. Qəbələ kimi, Şəkiyə də ilk dəfə səfər edəcəyəm. Ümid edirəm ki, Şəkidən də xoş təəssüratlarla ayrılacağam”.

Ləman Babayeva yaradılan bu imkana görə Cəbrayıl məktəbliləri adından ölkəmizin başçısı İlham Əliyevə minnətdarlıq edərək deyib: “Ümid edirik ki, bu tur-aksiya növbəti illərdə də keçiriləcək və biz ölkəmizin digər bölgələrinə də səfər edəcəyik”.

“Azərbaycanda yeniyetmə və gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün dövlətimiz hər cür imkanlar yaradır. Mən bu tur-aksiyanın əhəmiyyətini olduqca yüksək qiymətləndirirəm. Rayonlara səfərlər zamanı bizə istirahətimizin mənalı təşkili üçün lazımi şərait yaradılır”, - deyə həmsöhbətim vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.