Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əsrin müqaviləsi: reallığa çevrilən əfsanə

Bakı, 25 avqust (AZƏRTAC). Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan “Əsrin müqaviləsi”nin imzalanmasından iyirmi il ötür. Təməli ümummilli lider Heydər Əliyevin bu tarixi müqavilə ilə qoyduğu yeni neft-qaz strategiyası bu illər ərzində uğurla həyata keçirilib. Vaxtilə bir çoxlarına əfsanə kimi görünən qlobal layihələr artıq günümüzün reallıqlarıdır. Azərbaycanın regionda lider dövlətə çevrilməsində, dünyada neft və qaz ölkəsi kimi mövqelərini möhkəmləndirməsində “Əsrin müqaviləsi” özünəməxsus rol oynayıb. Yubiley ərəfəsində bir daha həmin hadisələri xatırlamağa, tarixin müəyyən səhifələrini vərəqləməyə, bu müqaviləni şərtləndirən amilləri, onun Azərbaycana gətirdiyi siyasi-iqtisadi dividendləri nəzərdən keçirməyi lazım bildik.

Tarixə bir nəzər

Azərbaycan hələ XIX əsrdən neft ölkəsi kimi tanınmağa başlamışdı. Dünyada sənaye üsulu ilə ilk neft 1847-ci ildə məhz Azərbaycanda - Bibiheybətdə hasil olunmuşdu. XX əsrdə də neft ölkəsi kimi inkişaf edən Azərbaycanın neft sənayesinin Sovetlər İttifaqının, xüsusən Rusiyanın ərazisində yeni neft yataqlarının kəşf olunmasında böyük rol oynamışdı. Təsadüfi deyil ki, Rusiyanın ərazisində olan böyük neft yataqlarına sonralar “İkinci Bakı”, “Üçüncü Bakı”, “Dördüncü Bakı” adları verilmişdi. İkinci Dünya müharibəsi zamanı Sovetlər İttifaqının işlətdiyi neftin 75 faizinin Azərbaycanda hasil olunması diqqət çəkən fakt kimi zaman-zaman xatırlanır.

XX əsrin 90-cı illəri... Artıq o dövrdən xeyli vaxt keçmiş, Sovet İttifaqı dağılmış, müstəqil respublikalar yaranmışdı. Lakin müstəqillik özü ilə bərabər həlli heç də asan olmayan problemlər doğurmuşdu. Xaos, özbaşınalıq, hakimiyyətsizlik iqtisadi tənəzzülə səbəb olmuş, neft hasilatında durğunluq yaranmışdı. Azərbaycanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizin siyasi-iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün ardıcıl, sistemli tədbirlər həyata keçirməyə başladı. Ölkə iqtisadiyyatının dirçəlişini neft amilində görən Ümummilli Lider uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini bu işə cəlb etdi. Yeni strategiyanın təməlində bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı.

İlham Əliyev: Biz səhv edə bilmərik

Həmin illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısına çevrildi. Bu saysız-hesabsız görüş və danışıqlarda, ilk növbədə, Azərbaycan xalqının və dövlətinin maraqları əsas götürülürdü. Əlbəttə, çətinlik və maneələr də vardı. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayında İstanbul və Hyustonda keçən son mərhələləri xüsusilə ağır oldu. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar az qala dalana dirənirdi. Həmin anları İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı.

Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılan, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və imzalanan neft kontraktları Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu, dahi rəhbərin neft strategiyasının parlaq səhifəsinə çevrildi. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanan müqaviləyə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) imza atdı.

Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. “Əsrin müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı.

Yeni neft strategiyası

Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası çərçivəsində birinci növbədə ilkin neft hasilatı layihəsi olan “Çıraq-1” özülü Qərb standartlarına uyğunlaşdırıldı. 1997-ci ilin noyabrında “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı. Noyabrın 12-də bu münasibətlə platformada keçirilən mərasimdəki nitqində Ulu öndər Heydər Əliyev bu hadisənin ölkəmiz üçün əhəmiyyətini belə dəyərləndirmişdi: “Biz belə hesab edirik ki, bu, təkcə neft sənayesi üçün deyil, Azərbaycan iqtisadiyyatının bütün sahələrini, müstəqil dövlət kimi Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə bazar iqtisadiyyatını inkişaf etdirmək üçün çox gözəl bir imkandır. Biz bu imkanlardan istifadə edəcəyik”.

Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi...

Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar Azərbaycanın enerji potensialını artırmaqla bərabər, yeni boru kəmərlərinin çəkilməsini də labüd edirdi. Bu məqsədlə Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1999-cu ilin aprelində isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı işə salındı. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracı başlandı və beləliklə, bir əsrə yaxın sürən fasilədən sonra ilk dəfə olaraq Azərbaycan nefti yenidən Qərbə istiqamət götürdü.

Bakı-Tbilisi-Ceyhan: Qərbə geniş yol

Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri Azərbaycanın getdikcə artan iri neft ehtiyatlarını dünya bazarına ixrac etmək iqtidarında deyildi. “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq böyük neft həcmləri ilə müqayisədə bu kəmərlərin ötürücülük qabiliyyəti məhdud idi. İxrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi alternativ variantlar üzərində ciddi iş aparılmasını tələb edirdi. Hasil olunan neftin Azərbaycanın milli maraqlarına uyğun olaraq nəqli üçün yeni kəmərin tikintisinə ehtiyac yaranmışdı. Ulu öndər Heydər Əliyev artıq bu haqda düşünür, müxtəlif variantları götür-qoy edir, planlar cızırdı.

Nəhayət, 1999-cu ilin noyabrında İstanbulda ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişinə dair dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də isə Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı.

2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu. Qlobal layihələr olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verdi. Bununla da neftimiz və qazımız üçün Avropaya geniş yol açıldı.

“Əsrin müqaviləsi”ndən TANAP, TAP və “Şahdəniz- 2”yə doğru

Zəngin təbii qaz ehtiyatlarımızın dünya bazarlarına çıxarılması istiqamətində növbəti uğurlu addım isə Azərbaycan ilə Türkiyə arasında yeni iri layihənin – Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) reallaşdırılması üçün təşkilati məsələlərə dair ilk razılaşmanın və hökumətlərarası sazişin imzalanması oldu. Bu, Azərbaycan qazını Avropaya daşıyacaq yeni kəmərin çəkilməsində Qərb dövlətlərinin cəsarət göstərərək seçim edə bilmədiyi bir vaxtda, iki qardaş ölkənin qətiyyətli qərarı ilə birgə layihənin reallaşdırılması anlamına gəlir. Artıq Azərbaycan öz qazını TANAP vasitəsilə birbaşa Avropanın sərhədlərinədək çatdıracaq.

TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazı Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 16 milyard kubmetr qaz nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcək.

Ötən ilin dekabrında dünyaya səs salan daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi və Azərbaycan qazının Qərbə nəqlini nəzərdə tutan tranzit ölkələr arasında “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bununla da “Şahdəniz” yatağının ikinci fazası çərçivəsində hasil olunacaq qaz blokunun tammiqyaslı işlənməsi və yanacağın ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından strateji marşrut hesab olunan Transadriatik boru kəməri (TAP) ilə Qərbə nəqli üçün möhkəm zəmin, hüquqi-siyasi bazis yaradılmış oldu.

“Şahdəniz-2” layihəsinin, eləcə də Transadriatik boru kəmərinin həyata vəsiqə alması birbaşa Prezident İlham Əliyevin siyasi qətiyyəti, prinsipial qərarı və xarizmatik liderliyinin, mükəmməl təşəbbüsünün məntiqi nəticəsi, əzmkar və möhtəşəm fəaliyyətin təntənəsi hesab oluna bilər. Dövlətimizin başçısı “Əsrin müqaviləsi”ni və “Şahdəniz-2” enerji layihəsini belə xarakterizə edib: “Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır... Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək”.

“Qara qızıl” insan kapitalına çevrilir

Müasir dövrümüzdə qazanılan iqtisadi uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi dayanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi “qara qızıl”ı insan kapitalına çevirməkdən ibarətdir. Bu məqsədlə ölkənin gələcəyinə istiqamətlənmiş bir çox sosial layihələr həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bunun bariz nümunəsidir.

Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib. Əminliklə demək olar ki, bu güclü təməl üzərində qurulan ölkə iqtisadiyyatı bundan sonra da sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə yaxşılaşacaq, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında özünə layiqli yer tutacaq.

Nihad Budaqov

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Mətbuat Şurasının və “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib