İDMAN


“Assoşeyted Press”: Azərbaycan “Rio-2016” Yay Olimpiya Oyunlarında 13 medal qazanacaq

A+ A

Bakı, 4 avqust, AZƏRTAC 

“Assoşeyted Press” agentliyinin ekspertləri Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında idmançıların potensial imkanlarını açıqlayıb.

AZƏRTAC agentliyin saytına istinadla xəbər verir ki, ekspertlərin rəyinə görə, Azərbaycan “Rio-2016”da 13 medal qazanacaq. Qızıl medallara cüdoçu Rüstəm Orucov (73 kq) və yunan-Roma güləşçisi Rövşən Bayramov (59 kq) sahib olacaq. Boksçular Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq) və Yana Alekseyevna (60 kq) yarışı ikinci pillədə başa vuracaqlar.

Bürünc medalı isə yığmamıza boksçu Pərviz Bağırov (69 kq), avarçəkən İnna Osipenko-Radomskaya, idman gimnastı Oleq Stepko, taekvondoçu Radik İsayev (80 kq), yunan-Roma güləşçisi Saman Təhmasibi (85 kq) və sərbəst güləşçi Hacı Əliyev (57 kq) qazandıracaqlar.

Azərbaycanın mötəbər yarışı 2 qızıl, 5 gümüş və 6 bürünc medalla başa vurması proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan “London-2012” Yay Olimpiya Oyunlarında 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.