CƏMİYYƏT
Astana-Bakı aviareysi ilə gələn sərnişindən beşbarmaq aşkarlanıb
Bakı, 12 avqust, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Astana-Bakı aviareysi ilə gələn sərnişindən beşbarmaq aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astana-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Monitorda beşbarmağın təsvirləri əks olunduğundan müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, qara rəngli metaldan hazırlanan 1 ədəd beşbarmaq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]