İQTİSADİYYAT
Astana İqtisadi Forumunun əsas müzakirə mövzularından biri də Böyük İpək yolunun dirçəldilməsi perspektivləridir
Astana, 25 may, AZƏRTAC
Astanada keçirilən IX İqtisadi Forumda Böyük İpək yolunun dirçəldilməsi perspektivləri əsas müzakirə mövzularından biridir.
Forumda Qazaxıstanın Baş naziri Kərim Məsimov qeyd edib ki, İpək yolu əsrlər boyu ticarəti inkişaf etdirib, təcrübə mübadiləsinə stimul verib, Avrasiyada sülhün və dialoqun möhkəmlənməsinə imkan yaradıb. “Böyük İpək yolu bizim ümumi tariximiz, onun dirçəldilməsi isə ümumi arzumuzdur”, - deyə Baş nazir vurğulayıb.
Diqqətə çatdırılıb ki, Böyük İpək yolunun dirçəldilməsi nəqliyyat-logistika infrastrukturunun inkişafına təkan verəcək. Bundan başqa, ticarət və maliyyə sahələrində əlverişli əməkdaşlıq imkanları yaranacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
- 23.04.2024 [14:44]
Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib
- 23.04.2024 [12:40]
® ABB-nin ATM-lərində yenilik!
- 23.04.2024 [12:28]