SİYASƏT


Astana meri Aset İsekeşevin Bakıya səfəri gözlənilir

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin meri Aset İsekeşevin Bakıya birgünlük səfəri nəzərdə tutulur.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində A.İsekeşevin Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovla görüşü gözlənilir. İki paytaxtın meri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə edəcək.

Səfərin məqsədi, həmçinin investisiya, infrastruktur, innovasiya, nəqliyyat və turizm kimi istiqamətlər üzrə şəhər inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqdır.

Səfirliyin məlumatında qeyd edilir ki, merin səfəri iki qardaş ölkənin paytaxtları arasında mövcud dostluq əlaqələrinin gücləndirməsinə və Astanada keçiriləcək EXPO-2017 Beynəlxalq ixtisaslaşmış sərgisi ərəfəsində əməkdaşlığa yeni təkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.