Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Astanada Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçirilmişdir
Bankın Rəhbərlər Şurasına sədrlik Azərbaycan Respublikasına keçmişdir VİDEO

Astana, 5 may (AZƏRTAC). Mayın 2-5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçirilmişdir.

“Dəyişən dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən illik toplantının rəsmi açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və AİB-in prezidenti Takehiko Nakao çıxış etmişlər. Asiya İnkişaf Bankının fəaliyyətindən danışan natiqlər qitə ölkələrində davamlı iqtisadi inkişafa nail olmaq üçün sosial məsələlərin həllinin vacibliyini qeyd etmişlər. Tədbirdə Asiya-Sakit okean regionunun iqtisadi inkişafının proqnozu, region üçün yeni yaranan iqtisadi çağırışlar və digər məsələlər barədə müzakirələr aparılmış, qitə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həllində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanmışdır.

Mayın 4-də öz işinə başlayan Rəhbərlər Şurasının iclasında qurumun ötənilki fəaliyyəti, maliyyə vəziyyəti, gələcəkdə həyata keçiriləcək layihələr və digər məsələlər müzakirə olunmuşdur.

Çıxışlarda Asiya qitəsi ölkələrində mövcud olan problemlər, o cümlədən yoxsulluğun aradan qaldırılması, iqtisadi yüksəlişə nail olmaq, ekoloji durumun yaxşılaşdırılması və digər mühüm layihələrin gerçəkləşməsində AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilmişdir. Bankın iki növ resurslardan istifadə edərək onların birləşdirilməsi və Asiya regionu ölkələri üçün əlavə kreditləşmə imkanlarının yaradılması qərara alınmışdır.

Bankın 67 üzv ölkəsini əhatə edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin başçıları bu iqtisadi qurumun gələcək fəaliyyəti ilə bağlı da fikirlərini bölüşmüşlər. Toplantıda Asiya regionunun inkişafyönümlü üzv ölkələri ilə yanaşı, səhmdar qeyri-region ölkələri - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka, Türkiyə və digər dövlətlərin nümayəndə heyətləri də iştirak etmişlər.

İclasda çıxış edən AİB-in Rəhbərlər Şurasının 47-ci illik toplantısının sədri, Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Yerbolat Dossayev növbəti toplantının Bakıda keçiriləcəyini, bununla bağlı növbəti müddətə sədrliyin Azərbaycan Respublikasına keçdiyini bəyan etmişdir.

Sədrliyi qəbul edən Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyini vurğulamış və üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət etmişdir.

Toplantı çərçivəsində Astananın Müstəqillik sarayında “Azərbaycan günü” keçirilmişdir. Bankının Rəhbərlər Şurasına üzv olan ölkələrin nümayəndə heyətləri, AİB-in rəhbərliyi, Qazaxıstan və digər ölkələrin bir sıra nüfuzlu şəxslərinin qatıldıqları tədbirdə əvvəlcə Azərbaycanın inkişafından bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov dövlət başçısı tərəfindən AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik toplantısı ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzaladığını, artıq hökumətin bu tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işlərinə başladığını, Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Ölkəmizin uğurlu iqtisadi inkişafını qeyd edən Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bankın Bakıda keçiriləcək 48-ci illik toplantısının uğurlu olacağına əminliyini ifadə etmişdir. AİB-in illik toplantısının Qafqazda ilk dəfə olaraq məhz Azərbaycanda baş tutacağına diqqət çəkən Takehiko Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyini görmək üçün gələn il Bakıda keçirilən tədbiri səbirsizliklə gözlədiklərini demişdir.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə Bakı toplantısı ilə əlaqədar yaradılmış internet saytı da təqdim olunmuş, qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadmış və onlara Azərbaycan haqqında broşür, kitabça və digər əyani vəsaitlər paylanılmışdır.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər də keçirmişdir. AİB-in prezidenti Takehiko Nakao, baş katib xanım Maria-Anne Briken, Dünya Bankının vitse-prezidenti Lora Tak, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) baş direktoru Kiyoşi Kadero, Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankının (JBİC) rəhbəri Hiroş Vatanabe ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Toplantı çərçivəsində keçirilən platformalardan biri də iştirakçı ölkələrdən seçilmiş tələbələrin “Mərkəzi Asiya ölkələrində investisiya mühiti” mövzusunda debatları olmuşdur. Debatlarda ölkəmizi təmsil edən və yüksək nəticə göstərərək finalda yarışmaq hüququ qazanan “ADA” Universitetinin tələbələri ikinci yeri tutmuşlar. Ən yaxşı spiker nominasiyasında isə “ADA” Universitetinin tələbəsi Ruqiyə Qəhrəmanlı qalib olmuşdur.

Azərbaycan nümayəndə heyətinin də qatıldığı bu beynəlxalq tədbirdə ümumilikdə dünya üçün vacib olan bir sıra mühüm məsələlər müzakirə edilmiş və növbəti ilin ev sahibi kimi Azərbaycan Respublikası üzv ölkələrin nümayəndə heyətlərinə layiqincə təqdim olunmuşdur.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Astanada Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçirilmişdir Bankın Rəhbərlər Şurasına sədrlik Azərbaycan Respublikasına keçmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər