İQTİSADİYYAT


Astanada “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəliyi açılıb

A+ A

Astana, 7 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəliyi açılıb.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Açılış mərasimində C.Qurbanov “Şərq-Qərb” dəmir yol dəhlizinin mərkəzində yerləşən yeni nümayəndəliyin açılmasının əhəmiyyətindən söz açıb. O qeyd edib ki, Avropa ilə Çin arasında hazırda yük dövriyyəsi 106 milyon tona yaxındır. Bu da təxminən 550 milyard ABŞ dollarına bərabərdir. Bütün bunlar yaxın gələcəkdə dəhlizin əhəmiyyətini daha da artıracaq. O, cari ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təhvil veriləcəyini və bunun da yükdaşımalara müsbət təsir göstərəcəyini söyləyib.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Kanat Alpısbayev bildirib ki, bu nümayəndəliyin açılması iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirəcək. Xüsusilə tranzit yük axınının artırılması üçün əlverişli şəraitin yaradılmasına, yükdaşımaların həcminin çoxalmasına müsbət təsir göstərəcək.

Sonra keçirilən ikitərəfli görüşdə Azərbaycan–Qazaxıstan istiqamətində yükdaşımaların təşkili, ölkəmizin tranzit potensialının inkişafı, həmçinin maraqlı dövlətlərin cəlb olunması şərti ilə “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.