İQTİSADİYYAT
Astanada Azərbaycanın iştirakı ilə Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı müzakirələr aparılacaq
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 13-də Qazaxıstanın paytaxtı Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirə işçi qrupuna üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyatı qurumlarının, dəniz limanlarının rəhbərləri qatılacaq.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və digər qurumlardan olan rəsmi şəxslərin iştirak edəcəyi toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili və sair əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılacaq.
Müzakirələrin yekununda protokol imzalanacaq.