SİYASƏT


Astanada İslam Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlıqla bağlı müzakirələr başa çatıb

Bakı, 11 avqust, AZƏRTAC

Astanada İslam Əməkdaşlıq Təşkilatının sammitinə hazırlıqla bağlı müzakirələr başa çatıb.

AZƏRTAC xəbər verir, hazırlıq işlərinin aparıldığı toplantının əsas müzakirə mövzusu İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə elm və texnologiya olacaq.

Bütün üzv və müşahidəçi dövlətlərin dəvət olunduğu toplantının mövzusu ötən il İstanbulda keçirilən Sammitdə müəyyənləşib. Məqsəd müsəlman dünyasında inkişaf edən elm və texnoloji potensialdan istifadə etməklə bu sahədə əlaqələrin gücləndirilməsidir.

Qeyd edək ki, Sammitdə üzv dövlətlərdə iqtisadi, sosial və siyasi məsələlər də diqqət mərkəzində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.