DÜNYA
Astanada Qazax xanlığının 550 illiyi bayram ediləcək
Astana, 5 sentyabr, AZƏRTAC
Qazax xanlığının 550 illiyinin bayram edilməsi çərçivəsində Astanada irimiqyaslı mədəniyyət tədbirləri keçiriləcək. Əsas təntənələr "Қазақ Елі" abidəsinin qarşısındakı meydanda olacaq.
Abidənin qarşısındakı ərazi sentyabrın 11-dən 13-dək böyük bayram etnoauluna çevriləcək. Meydanda Qazaxıstanın bütün regionlarının iştirakı ilə xalq gəzintiləri təşkil olunacaq.
"Қазақ Елі" meydanında 50 alaçıq, iki böyük səhnə, idman meydançaları, altıbakan yelləncəkləri, tayqazanlar və s. quraşdırılacaq. Etnoaulda milli idman növləri üzrə yarışlar təşkil ediləcək.
Sentyabrın 11-də Astananın “Barıs” buz kompleksində Qazax xanlığının 550 illiyinə həsr edilmiş teatrlaşdırılmış konsert olacaq. Tamaşa üzərində bütövlükdə 2,5 mindən çox adam işləyib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]