DÜNYA


Astanada Suriya münaqişəsi üzrə danışıqlar başlayıb

Bakı, 23 yanvar, AZƏRTAC

Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin nizamlanmasına dair Türkiyə və Rusiyanın təşkil etdiyi danışıqlar start götürüb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqların əsas hissəsi bağlı qapılar arxasında keçiriləcək, KİV nümayəndələri yalnız prosesin açılışına buraxılacaq.

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun sözlərinə görə, hazırda tərəflər danışıqlar üzrə yekun sənədin üzərində işləyir. O, həmçinin qeyd edib ki, Dəməşq və Suriya müxalifəti nümayəndələrinin birbaşa danışıqlarının formatı da müzakirə olunur.

Xatırladaq ki, danışıqlarda Rusiya, Türkiyə, İran nümayəndə heyətləri və Suriya müxalifətinin təmsilçiləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi elçisi və ABŞ-ın Qazaxıstandakı səfiri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.