Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib VİDEO

Astana, 11 sentyabr, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən il ərzində təşkilata uğurla sədrlik etdiyinə görə Türkiyəyə minnətdarlığını bildirdi. Tarix boyunca türkdilli xalqların birlikdə mühüm uğurlar qazandıqlarını söyləyən Qazaxıstan Prezidenti bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün səylərin daha da gücləndirilməsinin, Türk Şurasının beynəlxalq qurumlarda fəal təmsil olunmasının əhəmiyyətini vurğuladı.

Xəzər dənizinin tranzit qabiliyyətinin artırılmasının, Avrasiya quru nəqliyyat dəhlizi layihəsinin vacibliyini qeyd edən Prezident Nursultan Nazarbayev bu layihələrin Türk Şurasına üzv dövlətlər arasında müxtəlif sahələrdə, o cümlədən turizmin inkişafında mühüm rol oynayacağını bildirdi. Qazaxıstan Prezidenti 2017-ci ildə Astanada keçiriləcək Expo Sərgisində Türk Şurasına üzv ölkələrin geniş təmsil olunacaqlarına əminliyini vurğuladı, Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı. Təhsil sahəsində əməkdaşlığın rolundan danışan Qazaxıstan Prezidenti ortaq türk tarixi fənninin tədrisinin vacibliyindən danışdı, bu baxımdan Türk Akademiyasının rolunu yüksək qiymətləndirdi. Ortaq Türk İnvestisiya Fondunun qurulmasının vacibliyini bildirən Nursultan Nazarbayev, həmçinin Ortaq Türk Televiziya Kanalının da yaradılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini vurğuladı.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz 2009-cu ildə Naxçıvan Sazişi ilə yaradılan Türk Şurasının ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırdı. Müasir dövrdə dünyada sürətli dəyişikliklərin baş verdiyini bildirən İ.Yılmaz məhz bu baxımdan informasiya texnologiyalarının əhəmiyyətini qeyd etdi. Türkiyə parlamentinin sədri dünyanın müxtəlif bölgələrində regional əməkdaşlığın sürətlə inkişaf edərək mühüm önəm qazandığını vurğuladı, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, bu prosesdə informasiya texnologiyaları mühüm rol oynadığından builki Sammitin bu mövzuya həsr olunması çox vacibdir. İ.Yılmaz məhz bu baxımdan türkdilli dövlətlər arasında ortaq televiziya və xəbər agentliklərinin yaradılmasının əhəmiyyətini bildirdi.

Regionda mövcud münaqişə ocaqlarından danışan İ.Yılmaz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sabitliyə ən böyük təhdid olduğunu vurğuladı. Bildirdi ki, Türk Şurasına üzv ölkələr bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün səylərini artırmalıdır. Münaqişənin həlli prosesində Türkiyə və digər üzv ölkələr Azərbaycanın yanındadır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli Nursultan Abişeviç. 

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Xanımlar və cənablar.

İlk növbədə, Nursultan Abişeviç, bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən qardaş Qazax torpağında olmağımdan çox məmnunam.

Nursultan Abişeviç, Siz bu gün bizi Qazax xanlığının 550 illik yubiley tədbirinə dəvət etmisiniz. Buna görə də Sizə minnətdaram. Qazax xalqının böyük tarixi, mədəniyyəti var. Siz bu gün öz çıxışınızda bu barədə geniş fikir söyləmisiniz.

Əslində, Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki, gələcəkdə Şuranın fəaliyyəti daha da uğurlu olacaq.

Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik.

Eyni zamanda, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır.

Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcəkdir. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq.

Regional təhlükəsizlik məsələləri də böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır.

Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq.

Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb.

Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.

Biz, eyni zamanda, iqtisadi əməkdaşlığımıza da çox böyük önəm veririk. Azərbaycan qonşu ölkələrə, Türkdilli dövlətlərə investisiyalar yatırır və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək.

Bir sözlə, əziz dostlar, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıbdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır.

Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır. Sağ olun.

X X X

Qırğızıstan Prezidenti Almazbek Atambayev türkdilli xalqların böyük tarixə və zəngin mədəniyyətə malik olduqlarını vurğulayaraq, bu Sammitin humanitar sahədə də əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd etdi. Dünyada və regionda qarşıdurmaların yaşandığını bildirən Qırğızıstan Prezidenti bu baxımdan türkdilli xalqlar arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı. İnformasiya sahəsində mühüm layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edən Almazbek Atambayev Ortaq Türk Televiziya Kanalının fəaliyyətə başlamasının önəmini bildirdi.

Qırğızıstanın gələn il Türk Şurasına sədrlik edəcəyini deyən dövlət başçısı əsas mövzunun türkdilli xalqların milli idman növlərinin inkişafı olmasını təklif etdi. O, bununla yanaşı, İssıkgöl yaxınlığında ikinci köçəri oyunlarının keçiriləcəyini diqqətə çatdırdı.

Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrik və salamlarını tədbir iştirakçılarına çatdırdı. O, türkdilli dövlətlərin əməkdaşlığının inkişafında Şuranın rolunu qeyd edərək, xalqlarımız arasında mədəniyyət, tarix, dil və digər sahələrdə əsrlərdən bəri mövcud olan ortaq dəyərlərin qorunmasının və təbliğinin vacibliyini qeyd etdi.

Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov qurumun ötənilki fəaliyyəti ilə bağlı dövlət başçılarına məlumat verdi.

Türk Şurasının üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə sürətlə inkişaf edərək iqtisadiyyat, elm, təhsil, nəqliyyat, turizm, idman və digər sahələrdə ortaq qurum kimi uğurla fəaliyyət göstərdiyini bildirən Ramil Həsənov Şuraya sədrliyin Türkiyədən Qazaxıstana keçdiyini söylədi. O, Türk Şurasının artıq bir sıra mötəbər beynəlxalq qurumlarda təmsil olunduğunu vurğulayaraq builki Sammitin mövzusu olan informasiya və media məsələləri ilə bağlı üzv ölkələrin nümayəndə heyətləri ilə silsilə görüşlərin, tədbirlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, artıq Ortaq Türk Televiziya Kanalının və Ortaq Xəbər Agentliyinin yaradılması ilə əlaqədar anlaşma memorandumları imzalanıb ki, bu da xalqlarımızın əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.

Sammitə yekun vuran Prezident Nursultan Nazarbayev Şuranın ötənilki fəaliyyətinin qənaətbəxş olduğunu söylədi, qəbul edilən qərarların və atılan addımların türkdilli dövlətlər arasında əməkdaşlığın daha da gücləndiriləcəyinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitinin Bəyannaməsini, Şuranın baş katibinin müavinin, Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi ilə bağlı sənədləri imzaladılar.

Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti işini başa çatdırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib VİDEO

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb