SİYASƏT


Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC 

İyulun 13-də Qazaxıstanın Astana şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin hərbi məsələlər, razılaşdırılmış etimad tədbirlərinə əməl olunması, balanslaşdırılmış silahlanmanın təmin edilməsi, gəmiçilik, müxtəlif su məkanlarında rejimlər və fəaliyyət, eləcə də azad tranzit hüququ, sualtı boru kəmərləri və kabellərin çəkilməsi ilə bağlı müddəaları müzakirə olunub. Konvensiya layihəsi üzrə işin davam etdirilməsi və ən yaxın zamanlarda tam razılaşdırılaraq qəbul edilməsi istiqamətində addımlar atılması barədə razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.