İQTİSADİYYAT


Astanada daşınmaz əmlak məsələləri üzrə Mərkəzi Asiya forumu keçiriləcək

Bakı, 3 avqust, AZƏRTAC

Oktyabrın 19-20-də Astanada "CRE Central Asia 2017" daşınmaz əmlak məsələləri üzrə Mərkəzi Asiya forumu keçiriləcək.

AZƏRTAC "tengrinews.kz" saytına istinadla xəbər verir ki, daşınmaz əmlak üzrə Çin, Sinqapur, Fransa, Böyük Britaniya və Kanada beynəlxalq ekspertlər inşaatçılar, memar, dövlət qurumları və biznes cəmiyyətinin nümayəndələri deyil dövlət-özəl tərəfdaşlıq layihələri ilə yanaşı, müasir texnologiyaların tətbiqi, restoran biznesinin inkişafı məsələlərinə toxunacaq, həmçinin daşınmaz əmlak bazarı üzrə ən aktual statistikanı təqdim edəcəklər.

Forumun əsas hadisəsi Rusiya və Mərkəzi Asiya regionunun iri şəhərlərinin merlərinin görüşü olacaq. Aset İsekeşevin dəvəti ilə Bakı, Kazan, Yekaterinburq, Novosibirsk, Tbilisi və Aşqabadın merləri Qazaxıstan paytaxtına səfər edəcəklər.

İki gün ərzində forum iştirakçıları Astana və Almatıda keçirilən EXPO-2017, Universiada-2017, Aziada-2011 kimi irimiqyaslı tədbirlərin infrastruktur məsələlərini müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.