İQTİSADİYYAT


Astanada keçirilən “EXPO-2017” beynəlxalq sərgisi ziyarətçilərdə böyük maraq doğurur

Astana, 10 iyun, АZƏRTAC

İyunun 9-da Qazaxıstanın paytaxtı Astanada açılan 67-ci “EXPO-2017” beynəlxalq sərgisi ziyarətçilərdə böyük maraq doğurur.

“Gələcəyin enerjisi” mövzusunda keçirilən sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat iştirak edir. Sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş olunur.

Sərgi çərçivəsində Astanaya hər gün 20 min turistin gələcəyi gözlənilir. Ümumilikdə 2 milyon qonağın və 5 milyon ziyarətçinin sərgiyə baş çəkəcəyi ehtimal edilir.

Xatırladaq ki, sərginin açılış mərasimində 17 dövlət və hökumət başçısı iştirak edib.

Qazaxıstanın sərgidən 283 milyon avro gəlir əldə edəcəyi gözlənilir.

Sərgi sentyabrın 9-dək davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.