MƏDƏNİYYƏT


Astanada keçirilən festivalda Azərbaycan guşəsi də nümayiş etdirilib

A+ A

Astana, 25 sentyabr, AZƏRTAC

Astanada Qazaxıstanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində “Dilimiz bir, diləyimiz bir” adlı mədəniyyət festivalı keçirilib.

Paytaxtın 48 saylı litseyində keçirilən festivalda Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan guşədə xalqımızın mədəniyyəti, milli mətbəxi nümayiş etdirilib. Xalçalarımız, milli mətbəximiz haqqında məlumatlar toplusu və nəşrlər xüsusi maraq doğurub.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Hindistan, İndoneziya, Böyük Britaniya, Pakistan, Çin, Almaniya Türkiyə, Rusiya və Gürcüstanı təmsil edən şagirdlər milli musiqi və rəqsləri nümayiş etdiriblər. Azərbaycanın milli mətbəxi və musiqisi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.