ELM VƏ TƏHSİL


Astanada türk ölkələrinin elmi qurumları arasında əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb

Bakı, 30 may, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Çöl: II Humanitar Elmlər Forumu”nda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, AMEA Rəyasət Heyətinin elmi katibi Ağahüseyn Şükürov, filologiya üzrə fəlsəfə doktoru Vəfa Hacıyeva iştirak ediblər.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi forumda türk dünyasının mədəni dəyərlərinin bəşər sivilizasiyasının inkişafındakı rolu və əhəmiyyəti müzakirə olunub, türk ölkələrinin humanitar elmi qurumları arasında əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb.

Dünyanın nüfuzlu alimlərinin qatıldığı forumda akademik Muxtar İmanovun “Mifoloji düşüncədə üçtərəfli qarşılaşdırma və bədii ədəbiyyatda obrazın ikiləşməsi problemi” mövzusunda məruzəsi dinlənilib.

Bölmə iclaslarında məruzələrlə bağlı geniş müzakirələr aparılıb.

Türk dünyasının elmi qurumlarının gələcəkdə əlaqəli fəaliyyətinin gücləndirilməsi ilə bağlı bəyannamənin qəbulu ilə forum işini bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.