İQTİSADİYYAT


Astara çayı üzərində dəmir yolu körpüsü hazırdır

Bakı, 27 dekabr, AZƏRTAC

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin birinci mərhələsi yekunlaşır. Artıq nəqliyyat dəhlizinin önəmli halqalarından olan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xətti hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, İran tərəfi öz ərazisində işləri qısa müddətdə yekunlaşdıracaq. Bu il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.