CƏMİYYƏT


Astara rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saat 11:00-da Astara rayonunda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunacaq qəbulda vətəndaşların qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, qadın sahibkarlığının inkişafı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, övladlığa verilmə, məişət zorakılığına məruz qalma və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.