Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Astarada 1000 hektar sahədə çay plantasiyaları salınacaq

Astara, 17 fevral, Bağır Əliyev, AZƏRTAC

2016-cı ildə Astara rayonunda sosial-iqtisadi inkişafın əsas göstəricisi olan ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 14 faiz artaraq 205 milyon 220 min manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 17-də Astara Rayon İcra Hakimiyyətində ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Yığıncaqda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin məruzəsi dinlənilib. Qeyd olunub ki, 2016-cı ildə rayonda kənd təsərrüfatında 6 faiz, tikintidə 45 faiz, ticarət və xidmətlər sahəsində 3,5 faiz, nəqliyyatda 13 faiz, informasiya və rabitə sahəsində 14 faiz artım qeydə alınıb. İl ərzində rayonda 990 yeni iş yeri açılıb.

Bildirilib ki, hesabat ilində 860 şagird yerlik Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi və rayon kənd təsərrüfatı idarəsi üçün yeni binanın tikintisi, Pensər kənd və Ərçivan qəsəbəsində çaylar üzərində piyada körpülərinin təmiri başa çatdırılaraq istifadəyə verilib. Astara şəhərində 11 çoxmənzilli yaşayış binasında təmir işləri aparıb.

Rayona gələn turistlərin və qonaqların mənalı istirahətini təmin etmək məqsədilə Astara şəhərində salınmış park-bulvar kompleksinə yaxın ərazidə mövcud binalar yenidən qurulub, hotel, uşaq əyləncə mərkəzi və ictimai-iaşə obyektlərinin tikintisi davam etdirilib.

Bu dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mənzil növbəsinə dayanmış 4 ailə üçün evlər tikilib.

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi davam etdirilib. Vaqo, Təngərüd və Səncərədi kənd daxili yollarında 13 min kvadratmetr yol asfaltlaşdırılıb. “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Kijəbə qəsəbə, Siyaku və Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə daxil olan kəndlərdə avtomobil yolları təmir edilib, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni binanın tikintisi isə davam edir. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar Xanbulançay su anbarından Astara şəhərinə çəkilən, ümumi uzunluğu 28 min 700 metr olan içməli su boru xəttinin 17 min 400 metr hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Bu il şəhər əhalisinin içməli su ilə təmin edilməsi nəzərdə tutulub.

Hesabat ilində rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilib, Şağlazüzə kəndinə təbii qazın verilməsi təmin olunub.

Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı rayonu olan Astarada ötən il aqrar bölmədə bir sıra uğurlar qazanılıb. Rayonda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçilik inkişaf etdirilib. 2016-cı ildə çəltik əkini aparılmış 133 hektar sahədən 543 ton çəltik yığılıb, məhsuldarlıq 41 sentnerə çatdırılıb. Bu, əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur. Çəltik sahələrinin qarşıdakı illərdə 1000 hektara çatdırılması nəzərdə tutulub. Hesabat ilində 3 min ton dənli və dənli paxlalılar, 11 min ton kartof, 41 min ton tərəvəz, 46 min tondan çox meyvə və giləmeyvə, 4 min tona yaxın diri çəkidə ət, 30 min tondan çox süd istehsal olub. 2017-ci ilin məhsulu üçün 1000 hektardan çox sahədə payızlıq şumu aparılıb. Bu, da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.

Rayonda çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 345 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar çay sahələri təşkil edir. 2016-cı ildə çay plantasiyalarından 646 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Bu, əvvəlki ildəkindən 224 ton çoxdur. Gələcəkdə 1000 hektar sahədə çay plantasiyalarının salınması nəzərdə tutulub.

Sitrus meyvələrinin istehsalında müsbət dinamika müşahidə edilib, bağlardan əvvəlki illə müqayisədə 7 min ton çox, 43 min 215 ton məhsul yığılıb. 72 hektar yeni sitrus bağı salınıb, əkin sahəsi, ümumilikdə, 2285 hektara çatdırılıb.

Hesabat yığıncağında çıxış edənlər 2016-cı ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək ötən il ölkəmizdə, o cümlədən Astara rayonunda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan danışıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

İclasda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda