REGİONLAR


Astarada “Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı olub

A+ A

Astara, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan ədəbi-bədii, elmi-publisistik jurnalın ikinci nömrəsi cənub bölgəsinə və bu regionda yaşayan yazarların yaradıcılığına həsr edilib.

Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova “Multikulturalizm ili” çərçivəsində ölkəmizdə, o cümlədən Astara rayonunda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Jurnalın baş redaktoru Fəxri Uğurlu Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanması və onun daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən söhbət açaraq, jurnalın ikinci nömrəsində dərc olunan yazılar barədə məlumat verib.

Filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu klassik və müasir ədəbiyyatımızda öz əksini tapmış multikultural dəyərlərdən danışıb, ölkəmizdə tolerantlığın qorunub saxlanmasında jurnalın nəşrini yüksək dəyərləndirib, əməkdaşlara yaradıcılıq uğurları arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.