REGİONLAR


Astarada Novruz tonqalı qalanıb

Astara, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 18-də baharın gəlişinə həsr olunmuş bayram şənliyi Astara şəhərindəki dənizkənarı park-bulvarda böyük coşqu ilə keçib.

AZƏRTAC xəbər verir ki, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bayram tonqalını yandırıb.

Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər ifa ediblər. İdmançıların çıxışları alqışlarla qarşılanıb. Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurub.

Bahar qız Novruz xonçası ilə meydana daxil olub, Kosa və Keçəlin məzhəkəli çıxışları şənliyə toplaşanlara xoş ovqat bəxş edib.

Şənlik iştirakçıları, həmçinin park-bulvar kompleksinin ərazisində inşa edilmiş “Limunlənd” uşaq-əyləncə mərkəzi, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.