REGİONLAR
Astarada Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. İştirakçılar, həmçinin Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Mərasimdə çıxış edənlər musiqi bayramının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar imzaladığı Fərmana əsasən, hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Mərasimdə musiqi məktəbinin müəllim və şagirdləri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdilər.
Tədbirin sonunda ötən tədris ilində respublika musiqi müsabiqələrində müvəffəqiyyət qazanmış şagirdlərə Mədəniyyət və Turizm Nazirliyinin tərifnamələri təqdim olunub.