REGİONLAR
Astarada bələdiyyə seçkiləri ilə bağlı tədbirdə gənclər fəallıq nümayiş etdiriblər
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Free Person” İnsan Hüquqları Müdafiə Cəmiyyətinin, Astara Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, tələbələr, müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, “Free Person” İnsan Hüquqları Müdafiə Cəmiyyətinin sədri Şahin Nəsrullayev, rayon icra hakimiyyətinin məsul işçisi Emin Fətəliyev, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Tədbirdə fəallıq nümayiş etdirən rayon gəncləri qarşıdan gələn bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə təkliflərini bildiriblər.