REGİONLAR


Astarada bostan məhsullarının əkininə diqqət artırılıb

A+ A

Astara, 3 avqust, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunda bostan məhsullarının əkininə diqqət artırılıb.

AZƏRTAC xəbər verir ki, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi rayonda bostançılığın inkişafı üçün geniş imkanlar açıb.

Cari ildə rayonda 527 hektar sahədə bostan məhsulları əkilib. Bu, ötən illə müqayisədə 182 hektar çoxdur.

İndiyədək 332 hektar sahədən 4310 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 13 ton təşkil edib.

Astarada bostançılıqla məşğul olan məhsul istehsalçıları əvvəlki illərdə yığıma iyul ayının sonlarından başlayırdılarsa, bu il təxminən iki həftə tez başlayıblar.

Əkin sahəsinə göstərilən düzgün aqrotexniki qulluq və hava şəraitinin əlverişli keçməsi məhsuldarlığa da öz təsirini göstərib.

Bazarda qarpız və yemiş bolluğu olsa da, Astarada yetişdirilən və ekoloji cəhətdən təmiz olan bostan məhsullarına tələbat çoxdur.

Rayonda məhsul yığımı avqustun sonlarınadək davam edəcək.

Qeyd edək ki, bu il Astarada 5,5 min tona yaxın bostan məhsullarının yığılması nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.