REGİONLAR
Astarada budo döyüş növləri üzrə rayon birinciliyinin qalibləri məlum olub
Astara, 6 iyul, Bağır Əliyev, AZƏRTAC
Astarada yeniyetmələr və gənclər arasında idmanın budo döyüş növləri üzrə rayon birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin təşkilatçılığı ilə iki gün davam edən yarışda yeniyetmələr və gənclər müxtəlif çəki dərəcələrində qalib adı uğrunda mübarizə aparıblar.
8-12 yaş qrupunda 23 kiloqram çəki dərəcəsində Sultanzadə Məhəmməd, 39 kiloqram çəki dərəcəsində Mirzəbala Cəfərov, 13-15 yaş qrupunda 45 kiloqram çəki dərəcəsində Məhəmməd Cəfərov, 50 kiloqram çəki dərəcəsində Nurlan Əlizadə, 58 kiloqram çəki dərəcəsində Vüqar Sultanov, 66 kiloqram çəki dərəcəsində Zahir Abbasov, 16-18 yaş qrupunda 70 kiloqram çəki dərəcəsində İbrahim Məhəmmədov birinci yerlərə sahib olublar.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları və medallar verilib.