REGİONLAR
Astarada feyxoa yığımına başlanılıb
Astara rayonunun feyxoa bağlarında məhsul yığımına başlanılıb.
Bu il havaların quraq keçməsinə baxmayaraq rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri bağlarda bol məhsul yetişdiriblər. Qısa müddətdə bağlardan 1000 tondan çox feyxoa yığılıb.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun daxili bazarlarda satılmasına daha çox üstünlük verirlər. Onlar bunu Rusiyanın gömrük məntəqələrində rusumlarını qaldırması ilə əlaqəndirirlər.
Yerli bazarlarda bu məhsulun qiyməti stabil olaraq qalır. Ötən il 40-50 qəpiyə satılan feyxoa, hazırda müştərilərə 50 qəpiyə, 1 manata təklif olunur.
Rayonun Ərçivan qəsəbəsində uzun illər sitrusçuluqla məşğul olan Rafiq Cəfərov 7 hektar bağdan ilk yığım zamanı 30 ton feyxo toplayıb. Məhsulun 20 tonu xarici, 10 tonu isə daxili bazarda satılıb. İkinci yığım zamanı isə 100 tondan artıq məhsul tədarük olunacağı gözlənilir.
Ötən il Astara rayonunda 659 hektar feyxoa bağından 9 min 766 ton məhsul yığılıb. Hər hektardan məhsuldarlıq 183,3 sentner olub.
Bu il bu rəqəmin 10 min tona çatdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]