Astarada intellektual bilik yarışında “Everest” komandası qalib gəlib
Astara, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Gənclər Evində rayon gənclər və idman idarəsi, “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə məktəblilər arasında keçirilən bilik yarışının qalibləri məlum olub.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bilik yarışında rayonun ümumtəhsil məktəblərini təmsil edən 10 komanda qələbə uğrunda mübarizə aparıb.
İki hissədən ibarət yarışda ən yaxşı nəticə göstərmiş üç komanda - “Heksaqon”, “Müstəqillik” və “Everest” komandaları arasında yarımfinal və final yarışlarından ibarət breyn-rinq keçirilib.
Bilik yarışının yekun nəticələrinə əsasən, “Everest” (şəhər 3 nömrəli tam orta məktəb) komandası birinci, “Heksaqon” (Pensər kənd 2 nömrəli tam orta məktəb) komandası isə ikinci yeri tutub.
Qaliblərə rayon gənclər və idman İdarəsinin diplomları təqdim olunub.