REGİONLAR
Astarada keçirilən əmək yarmarkasında işaxtaranlara 189 boş iş yeri təklif edilib
Astara, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mərkəzi Kitabxanasında ənənəvi əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya rayonun 21 idarə, müəssisə və təşkilatından 189 boş (vakant) iş yeri çıxarılıb. İşaxtaranlara dövlət müəssisələrində 158, özəl müəssisələrdə isə 31 boş iş yeri təklif olunub.
250 nəfərə yaxın işaxtaran vətəndaşın iştirak etdiyi tədbirdə 25 nəfər müxtəlif ixtisas və peşə sahiblərinə idarə və müəssisələrdə, 10 nəfər peşə hazırlığı keçən gənclərə işə düzəlmək məqsədilə göndərişlər verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]