REGİONLAR


Astarada müasir tipli yay evi tikilir

Astara, 14 iyul, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində olan xalq yaşayış arxitekturası özünəməxsusluğu ilə seçilir. Buraya yay evləri (bunlar cənub bölgəsində ləm adlandırılır) də daxildir. VIII və IX əsrlərdən qalan bu tikililərə daha çox Lənkəran, Astara, Masallı rayonlarında rast gəlinir.

Vaxtilə təkcə Astaranın Ərçivan kəndində 50-dək belə tikili olub. Sonralar təbii fəlakətlərin təsirindən və ya baxımsızlıqdan bu tikililər dağıntıya məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki park-bulvar kompleksinin ərazisində ikimərtəbəli müasir tipli yay evi tikilir. Burada kafe və çay evi də fəaliyyət göstərəcək.

Yaxın vaxtlarda müasir tipli yay evi rayon sakinlərinin və turistlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.