REGİONLAR


Astarada ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib

Astara, 5 avqust, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Gənclər Evində ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərzadə tədbirdə çıxış edərək Milli Ordu sıralarında xidmət edən astaralı gənclərin Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərini söyləyib, onların bir qisminin aprel döyüşlərində qəhrəmanlıq nümunələri göstərdiyini diqqətə çatdırıb. O, aprel döyüşlərində misilsiz şücaət göstərən astaralı gənc Pəncəli Teymurovun döyüş yolu barədə danışaraq onun ömür yolunun gənclərə örnək olduğunu bildirib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdiri Bəsti Əliyeva, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, şəhid Pəncəli Teymurovun qardaşı Famil Teymurov, Qarabağ müharibəsi əlili Uğur İbrahimov və başqaları hərbi xidmətdən tərxis olunmuş gəncləri təbrik edərək onlara xoş arzularını çatdırıblar.

Görüşün sonunda hərbi xidmətdə fərqlənən gənclərin bir qrupuna hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.