REGİONLAR


Astarada referendumla bağlı hazırlıq işləri davam etdirilir

A+ A

Astara, 1 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-da keçiriləcək referendumla bağlı hazırlıq işləri davam etdirilir.

77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov AZƏRTAC-a bildirib ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq dairə üzrə nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilir.

Seçki dairəsində fəaliyyət göstərən 44 seçki məntəqəsində ümumxalq səsverməsinin yüksək səviyyədə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayan H.Əkbərov indiyədək 38 min 857 seçicinin qeydə alındığını (onlardan 571 nəfəri ilk dəfə səs verənlərdir), təbliğat və təşviqat məqsədilə 15 ərazidə açıq və qapalı yerlərin ayrıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, dairə üzrə yaşı 100-dən çox olan 4 seçici qeydə alınıb. Rayonun ən yaşlı seçicisi Vəznəş kənd sakini, 104 yaşlı Tairova Mələk Zülfüqar qızıdır.

Dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə üçgünlük ixtisaslaşdırılmış kurslar keçirilib, referendumun müqayisəli təqdimatı seçicilərə çatdırılıb, ümumxalq səsverməsi ilə bağlı 30 növə yaxın çağırış plakatları yaşayış məntəqələrində əhalinin daha çox toplaşdığı yerlərə vurulub.

Hazırda məntəqələrdə referendumda iştirak edəcək seçicilərə bildiriş vərəqələrinin paylanmasına başlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.