REGİONLAR


Astarada respublika birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib

Astara, 11 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 11-də Astara rayon gənclər və idman idarəsində Göygöl Olimpiya İdman Kompleksində Şərq əlbəyaxa döyüş növləri üzrə keçirilən respublika birinciliyində uğur qazanmış idmançılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Sindro Ryu və Pencak Silat Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan sindro-ryu karate, pencak-silat, one-silat idman növləri üzrə ölkə birinciliyində astaralı idmançılardan Nurlan Həsənzadə (36 kiloqram), Nihad Nəzərzadə (60 kiloqram) və Ağadədə Əliyev (85 kiloqram) birinci, Mahsun Gülməmmədov (34 kiloqram), İlkin Həsənzadə (63 kiloqram) ikinci və Pərviz Əhmədov (35 kiloqram) üçüncü yerləri tutublar.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, V dan Qara kəmər ustası, məşqçi-müəllim Nəzərəli Əliyev, Qarabağ müharibəsi veteranı Təhsil Quliyev, Səncərədi kənd orta məktəbin müəllimi Əhmədağa Nəzərov çıxış edərək idmançılara yeni uğurlar arzulayıblar.

Çıxış edənlər rayonda dövlət gənclər siyasətinin icrası, ölkəmizdə idmanın inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları dövlətimizin başçısının bu sahənin inkişafına göstərdiyi qayğının məntiqi nəticəsi kimi dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.