REGİONLAR


Astarada reyd zamanı 30 sürücü barədə inzibati cəza tədbirləri görülüb

Astara, 5 iyun, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə növbəti reyd keçiriblər.

AZƏRTAC xəbər verir ki, Astara şəhərinin Heydər Əliyev prospektində və Ələt-Astara magistral yolunun 244-cü kilometrliyində aparılan reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb.

Yoxlamalar zamanı artıq sərnişin götürən və qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən sürücülər aşkarlanaraq barələrində tədbir görülüb, istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan nəqliyyat vasitələrinin sahibləri cərimələniblər.

Reyd zamanı saxlanılan 30 sürücüdən 4 nəfəri tabesizlik göstərdiyinə, 15 nəfəri sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğuna, 11 nəfəri isə digər qayda pozuntularına görə barələrində protokol tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.