REGİONLAR


Astarada turizm və istirahət mərkəzi açılıb

Astara, 31 may, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun Şahağac kəndi ərazisində, Xəzər dənizinin sahilində inşa edilmiş “Ceyhun” turizm və istirahət mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, bir hektar ərazidə salınmış mərkəzdəki ikimərtəbəli oteldə, kotteclərdə turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisində, həmçinin uşaqlar üçün əyləncə mərkəzi, konsert səhnəsi inşa edilib. Burada 20 nəfər daimi işlə təmin olunub. Çimərlik turizminin inkişafı ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Astara rayonunda Xəzər dənizi sahili boyunca üç ərazidə - şəhərdə, Şahağac və Qamoşovka kəndlərində yeni çimərlik zonaları yaradılıb. Yeni salınmış çimərlik zonalarından biri məhz “Ceyhun” turizm və istirahət mərkəzinin ərazisində yerləşir.

İstirahət mərkəzinin açılış mərasimində çıxış edənlər ölkəmizdə turizmin inkişafına və əhalinin mənalı istirahətinin təşkilinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Astarada turizmin inkişafı məqsədilə həyata keçirilən infrastruktur layihələri rayona turist axınına səbəb olub. Ötən il rayona gələn turistləri sayı 5000 nəfərdən çox olub. Bu, 2012-ci illə müqayisədə 10 dəfə çoxdur.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.