REGİONLAR


Astaralı futbolçularının zona yarışında əsas rəqibi “Xəzər-Lənkəran” və “Zirvə” komandalarıdır

Astara, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Uşaq Gənclər İdman Məktəbinin yeniyetmə futbolçuları AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən Azərbaycan çempionatının zona mərhələsində uğurla çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, astaralı idmançılar zona yarışında 11-15 yaşlı futbolçuların mübarizəsində 5 komanda ilə təmsil olunurlar.

Komandanın məşqçisi Qəhrəman Mirzəyev zona birinciliyində 7 turun geridə qaldığı ilk mərhələdə yetirmələrini favorit hesab edir: “Hazırda üç yaş qrupunda komandamız birinci yerdədir. İki yaş qrupunda isə ikinci və üçüncü yerləri bölüşürük”.

Astaralı futbolçularının zona yarışında əsas rəqibi “Xəzər-Lənkəran” və “Zirvə” komandalarıdır. Futbolçular bu komandalara qalib gəlmək üçün hazırda təlim məşqlərini davam etdirirlər.

Qeyd edək ki, ötən il Astara Rayon Uşaq Gənclər İdman Məktəbinin 11 yaşlı futbolçuları ölkə çempionatının final mərhələsinə vəsiqə qazanmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.