REGİONLAR


Astaralı gənclər kompyuter oyunları üzrə zona yarışlarında uğurla çıxış ediblər

A+ A

Astara, 22 avqust, Bağır Əliyev, AZƏRTAC

Astaralı gənclər Lənkəran şəhərində kompyuter oyunları üzrə X Azərbaycan Milli Çempionatının zona mərhələsində uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, “Astara” komandası "Counter Strike" və fərdi oyun ("Heart Stone") üzrə birinci, “FİFA 2016" oyunu üzrə isə ikinci yeri tutub.

Astaralı gənclər Bakı şəhərində keçiriləcək Milli Çempionatın final mərhələsində komanda və fərdi oyun üzrə mübarizə aparmaq hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.