REGİONLAR
Astaralı gənclər nikah mərasimlərini Heydər Əliyev Mərkəzində keçiriblər
Astara, 2 oktyabr (AZƏRTAC). Astara sakinləri Şükürov Tural Məmməd oğlu və Şükürova Gülüş Mehdi qızı nikah mərasimlərini bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriblər.
AZƏRTAC xəbər verir ki, yeni ailə həyatı quran gənclər əvvəlcə Mərkəzdə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Mərasimdə çıxış edən Astara Qeydiyyat İdarəsinin rəisi İbrahim Həbibov və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova gəncləri ailə həyatı qurmaları münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Yeni ailə həyatı quran gənclər nikah mərasimlərinin Ulu Öndərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi keçirdiklərini vurğulayaraq bu xoşbəxt günün yaddaşlarından heç vaxt silinməyəcəyini diqqətə çatdırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]