REGİONLAR
Astaralı idmançı dünya kuboku yarışlarında bürünc medal qazanıb
Astara, 7 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Ukraynanın Odessa şəhərində təşkil olunan VKC karate idman növü üzrə dünya kuboku yarışlarında astaralı məktəbli uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki millimizin tərkibində ilk dəfə olaraq mötəbər yarışda iştirak edən Astara rayonunun Şüvi kənd tam orta məktəbinin şagirdi, 2000-ci il təvəllüdlü Qılman Dadaşov 57+ kiloqram çəki dərəcəsində yarımfinal mərhələsinə qədər irəliləyib. Yarımfinal mərhələsində isə rəqibinə məğlub olan həmyerlimiz üçüncü yerlə kifayətlənib.
Qılman Dadaşov Ukrayna Beynəlxalq Karate Federasiyasının medal, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.