REGİONLAR
Astaralı idmançılar kunq fu sanda üzrə Qafqaz çempionatında üç qızıl medala sahib olublar
Astara, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astaralı idmançılar Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən kunq fu sanda sərbəst döyüş idman növü üzrə açıq Qafqaz çempionatında uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, beş ölkəni təmsil edən 280 idmançının iki gün ərzində mübarizə apardığı çempionatda 12 idmançı ilə təmsil olunan Azərbaycan millisi komanda hesabında ikinci yerə sahib olub.
Beynəlxalq idman yarışında Astara Rayon Polis Şöbəsinin əməkdaşları Cavid Süleymanov və Əkbər Əlizadə, rayonun Səncərədi kənd tam orta məktəbinin şagirdi Səyid Səmədzadə müxtəlif çəki dərəcələrində birinci yeri tutublar.
Astaralı idmançılara çempionatın qızıl medalları və diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]