REGİONLAR
Astaralı məktəbli: Tur-aksiya şagirdlərin intellektual səviyyəsinin yüksəlməsində müsbət rol oynayır
Astara, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
İlk dəfədir ölkəmizin Qərb regionuna səfər edirəm. Proqramımız çox zəngindir. Dörd gün ərzində Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə yaxından tanış olacağıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın Qərb bölgəsinə təşkil edilən tur-aksiyanın iştirakçısı, Astara rayonunun Siyəkü kənd tam orta məktəbinin X sinif şagirdi İlknur Ziyadlı bildirib.
İ.Ziyadlı deyib: “Regionlarla tanışlıq şagirdlərin intellektual səviyyəsinin yüksəlməsində müsbət rol oynayır. Azərbaycanın bölgələri ilə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə də təsir edəcək, onların mənəvi inkişafına müsbət təsir göstərəcək. Aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər həm də təcrübə mübadiləsi etmək imkanı qazanacaqlar. Bizə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.