REGİONLAR


Astaranın Kijabə qəsəbəsində qanvermə aksiyasında 100-ə yaxın könüllü iştirak edib

A+ A

Astara, 16 iyun, Bağır Əliyev, AZƏRTAC

Astaranın Kijabə qəsəbəsındəki xəstəxanada irsi qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada qəsəbə sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qanvermə aksiyasına könüllü qoşulan qəsəbə sakinləri humanitar tədbirin keçirlməsini təqdirəlayiq hesab edərək xəstə insanların heç də diqqətdən kənarda qalmadığını bildiriblər. Gün ərzində aksiyada iştirak edən 100 könüllünün yalnız 50-dən qan götürülüb.

Toplanan qan talassemiyalı və hemofiliyalı insanların müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.