REGİONLAR


Astaranın bəzi kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 31-də saat 10:00-dan 17:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.