REGİONLAR


Astaranın yeniyetmə futbolçuları “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin qalibi olublar

Astara, 2 iyun, Bağır Əliyev, AZƏRTAC 

Astaranın yeniyetmə futbolçuları “Sevinc” kuboku uğrunda yarışlarda bütün görüşləri qələbə ilə başa vuraraq, ölkə birinciliyinin qalibi olublar.

AZƏRTAC xəbər verir ki, Bərdə Olimpiya İdman Kompleksində 12-13 yaşlı futbolçular arasında “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin zona yarışında A qrupunda Gəncə, Yevlax şəhərlərinin və Ağcabədi rayonunun komandalarını məğlub edən astaralı futbolçular finala vəsiqə qazanıblar.

Qax rayonunda beş gün davam edən ölkə birinciliyinin final mərhələsində yarışlar 2 qrupda keçirilib.

A qrupunda mübarizə aparan Astara rayonunun yeniyetmə futbolçuları Bərdə rayonunun komandasına 3:0, İsmayıllı rayonunun komandasına 1:0, Şirvan rayonunun komandasına isə 4:0 hesabı ilə qalib gələrək, yarımfinal oyununda “Şabran” komandası ilə qarşılaşıb.

Yarımfinal oyununda da astaralı idmançılar rəqiblərini 1:0 hesabı ilə üstələyərək finala çıxıblar.

Final görüşündə Oğuz komandasına 2:0 hesabı ilə qalib gələn Astaranın yeniyetmə futbolçuları ölkə birinciliyinin qalibi adını qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.