REGİONLAR


Astaranın yeniyetmə futbolçuları finala vəsiqə qazanıb

Astara, 7 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 2-7-də Biləsuvar rayonunda keçirilən Yeniyetmələrin XI Respublika Oyunları proqramına daxil olan futbol üzrə 2003-2004-cü il təvəllüdlü oğlanlar arasında keçirilən respublika zona birinciliyində Astaranın yeniyetmə futbolçuları bütün rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıblar.

AZƏRTAC xəbər verir ki, final oyunları iyulun sonlarında Mingəçevir şəhərində keçiriləcək.

Qeyd edək ki, Astaranın 12-13 yaşlı futbolçulardan ibarət komandası bu ilin may ayında “Sevinc” kuboku üzrə Respublika birinciliyinin də qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.